Adil Əliyev: “Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir”
Bizi izləyin

Nida.az

Adil Əliyev: “Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir”

“Çanaqqala Sülh Zirvəsi erməni yalanlarına və ermənipərəstlərə bir cavab olacaq. Bu tədbir bir daha təsdiqlədi ki, Türkiyə prosesləri önləmək üçün bir sıra addımlar atır. Azərbaycan Prezidenti İlham Əliyevin tədbirdə iştirakı qardaş ölkəni meydanda tək qoymadığımızı və iki qardaş ölkənin proseslərə güclü hazırlaşdığını göstərir”.


Bu barədə Publika.az-a açıqlamasında millət vəkili Adil Əliyev deyib.


Onun sözlərinə görə, əslində Çanaqqalada şəhidlərə birgə, İngiltərə və onu dəstəkləyən qüvvələrin əsgər və zabitlərinin məzarlarının bu günə qədər qorunub saxlanılması, türk millətinin işğalçı ölkənin insanına olan münasibətini təsdiqləyir: “Bu, əsl insani yanaşmadır. Bu gün məzarlıq dostluq və sülh məkanına çevrilib. Dünyanın müxtəlif yerlərindən insanlar gəlib, əcdadlarının məzarlarını ziyarət edirlər. Gerçəklikdən və tarixi faktdan qaçmaq olmaz”.


Millət vəkili beynəlxalq aləmi əsl gerçəyi görməyə çağırıb.


“Dünya işğalçı Ermənistanın əməllərini görmək istəmir. Azərbaycanın işğal altında qalan torpaqları Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını göstərir. Halbuki tarixdə olmayan bir qurama oyunu Türk millətinin üzərinə yıxmaq istəyir. Bu qüvvələr istədiklərinə nail ola bilməyəcək və erməni yalanları puça çıxacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm