Kürşad Zorlu: “Erməni iddiaları ilə Xocalı soyqırımını ayıranda 1:0 geridə qalırıq”
Bizi izləyin

Nida.az

Kürşad Zorlu: “Erməni iddiaları ilə Xocalı soyqırımını ayıranda 1:0 geridə qalırıq”

“1915-ci ildə baş verən olayları bir dövlətin varlıq və yoxluq mübarizəsi zamanı düşmən tərəfində yer alan separatçılara qarşı gördüyü tədbirlər nəticəsində baş verib”.


Bunu Publika.az-a açıqlamasında Türkiyənin Ahi Evran Universitetinin Politologiya və İctimai İdarəçilik kafedrasının müdiri,Doç.Dr. Kürşad Zorlu deyib.


“Ermənilər Osmanlını imperialist güclərlə işbirliyinə girərək parçalamaq istəyiblər”


Onun sözlərinə görə, bu məsələdə tarixçilərin söyləyəcəyi çox şeylər var: “Bu gün 1915-ci il olaylarını öz məcrasından çıxaran ölkələrin diplomatik əlaqələrində siyasi alət olaraq istifadə etdiyi bir məzmuna bürünüb. Əslində nə baş verib? Bir müddət sadiq millət kimi tanınan və hətta dövlətin xəzinəsinin açarının etibar edildiyi insanların içindən xain əməlləri olan bir qrup insan və təşkilatlar çıxıb. Onlar Osmanlını başda ruslar və ingilislər olmaqla imperialist güclərlə işbirliyinə girərək parçalamaq istəyiblər. Onsuz da 24 aprellə “Sövq qanununun” (tehcir də deyilir -red) çıxarıldığı tarix fərqlidir. Bu mənada “1915-ci il olayları” dövləti bölmək və parçalamaq istəyən təşkilat və şəxslərə qarşı mücadilənin səbəbindən doğan nəticələrlə birlikdə dəyərləndirilməlidir. Bu məsələ Türkiyənin Avropa Birliyi məcrasına girdiyi vaxtdan bu yana ölkəmizin qarşısında qoyulan bir bəhanədir. Təbii ki, məsələ daxili siyasətlə əlaqələri olduğu üçün diplomatik təzyiqlər bəzi problemləri də özü ilə gətirir”.


“Erməni soyqırımı” iddiaları ilə Xocalı soyqırımını ayırdığımız anda mübarizəyə 1:0 məğlub kimi başlayırıq”


K. Zorlu Türkiyənin “bu işi tarixçilərlə birgə həll edək” yanaşmasının doğru olduğunu bildirib: “Lakin artıq müdafiədən çıxıb qol vurmaq zamanı gəlibdir. Papanın “soyqırım” ifadəsini işlətməsi bir teatrın davamıdır. Türkiyəni sosial-psixoloji olaraq yumşaltmağa, zəiflətməyə hesablanan bir siyasətdir. Bu gün “məğlub olacaqsınız” deyərək sürətli tanınmalarla türk millətinin mübarizə əzmini qırmaq istəyirlər. Hər zaman dediyimiz kimi, Türkiyənin məsələni tarixçilərin araşdırmasını irəli sürdüyü mövqeyi doğrudur. Lakin “erməni soyqırımı” iddiaları ilə Xocalı soyqırımı ayrılmaz bir bütövdür. Bunu ayırdığımız anda mübarizəyə 1:0 məğlub kimi başlayırıq. Türkiyə bu istiqamətdə öz mövqelərini ortaya qoyarkən, ictimai diplomatiya və buna uyğun vasitələri hərəkətə keçirməkdən çəkinməməlidir. Avropa Parlamentinin 1915-ci il olayları ilə bağlı səs çoxluğu ilə qəbul etdiyi qərar Türkiyə üçün o qədər də önəmli deyil.

Lakin Avropa Birliyinin əksər qisminin ideologiya baxımından Türkiyəyə yanaşması bəllidir. Buna görə də qarşıdakı dövrdə qondarma “erməni soyqırımını” daha əvvəl qəbul edən 11 Avropa Birliyi ölkəsindən savayı, digər yerlərdən gələcək həmlələrə hazır olmalıyıq. Bu məsələdə siyasətçilərin açıqlamaları önəmlidir. Lakin daha önəmli olan bu açıqlamalar üzərində dinamik, proaktiv və lazımi yollarla mücadilə edə biləcək bir ictimai diplomatiya siyasəti aparılmalıdır. Bununla yanaşı, siyasi istiqamət müəyyən edilsə belə, bunun gerçəkləşməsi üçün müəyyən bir büdcəyə ehtiyac var.

Misal üçün, Papa Fransiskin “soyqırımı” iddialarına dəstək verən açıqlama verməklə Vatikan bankına 25 milyard dollar gəlir gətirdiyi haqda xəbərlər var. Nə qədər doğru olduğu dəqiq deyil. Lakin tarix boyu soyqırımlar törətmiş xaçlı zehniyyətinin daha öncə də bu tip sknadallara imza atdığı məlumdur. Yəni bir milyarddan çox insanın ruhani lideri olan Papanın sözü erməni diasporu üçün böyük uğurdur”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm