Nida.az
Prezident İlham Əliyev Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi mərasimində iştirak edib - VİDEO
Aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi
münasibətilə təntənəli mərasim təşkil olunub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak
edib.
Təntənəli mərasimə 21 dövlətin başçısı, 70-dən çox ölkədən rəsmi
şəxslər, beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Mərasim Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Mehmetçik”
abidəsinin önünə xatirə əklili qoyması ilə başladı. Britaniya
taxt-tacının vəliəhdi, Uels şahzadəsi Çarlz isə abidənin önünə
ittifaq dövlətləri adından çələng qoydu.
Çanaqqala savaşlarında həlak olanların xatirəsi bir dəqiqəlik
sükutla yad olunduqdan sonra yaylım atəşləri açıldı, Türkiyə
Respublikasının dövlət himninin sədaları altında türk bayrağı
səmada dalğalandı.
Çanaqqala savaşlarında həlak olanların ruhuna Qurani-Kərimdən ayə
oxundu.
Sonra Türkiyə Diyanət İşləri başqanı Mehmet Görmez Çanaqqalada
şəhid olanların ruhuna dua oxudu, bəşəriyyətə sülh və qardaşlıq
arzularını çatdırdı.
Xristian din xadimi də savaşda həlak olanların ruhuna dua etdi.
İttifaq dövlətləri adından çıxış edən Britaniya taxt-tacının
vəliəhdi, Uels şahzadəsi Çarlz Çanaqqala savaşında bir çox
millətlərin nümayəndələrinin iştirak etdiyini vurğuladı. 1915-ci
ildə baş verən bu döyüşdə minlərlə insanın öz ailə və doğmalarını
geridə qoyaraq buradakı dəhşətlərə sinə gərdiyini, saysız
qəhrəmanlıq nümunələri göstərdiklərini deyən Çarlz bu savaşın
tarixə alicənab savaş kimi düşdüyünü diqqətə çatdırdı. Çanaqqala
döyüşünün dünya miqyasında ciddi dəyişikliklərə səbəb olduğunu
deyən şahzadə Çarlz nifrəti və dözümsüzlüyü aradan qaldırmaq üçün
bundan sonra da bütün insanların üzərinə ciddi vəzifələrin və
məsuliyyətin düşdüyünü bildirdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında bildirdi ki,
mərasimin keçirildiyi Gelibolu yarımadası Birinci Dünya
müharibəsinin ən vacib cəbhələrindən biri olub. “Çanaqqalada
yaşanan savaş türklərin və bu müharibədə iştirak edən millətlərin
taleyini müəyyən etdi”, - deyən Ərdoğan bildirdi: “Bizim üçün
Çanaqqala zəfər rəmzidir, eyni zamanda, itkilərimiz baxımından bir
hüzn ifadəsidir”. Türkiyə Prezidenti bu torpaqlarda yüzlərlə gəncin
gələcəyinin dəfn olunduğunu diqqətə çatdırdı. İndi dünyanın
əmin-amanlığa böyük ehtiyacının olduğunu deyən Prezident Rəcəb
Tayyib Ərdoğan şəhidlərin əziz xatirəsi naminə yer üzündə sülhün
bərqərar olması üçün bütün dövlətlərin əllərindən gələni
etmələrinin vacibliyini vurğuladı.
Çıxışında Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün
“Uzaq diyarlardan övladlarını hərbə göndərən analar, göz
yaşlarınızı dayandırın. Övladlarınız bizim bağrımızda hüzur
içindədir. Onlar bu torpaqlarda canlarını verdikdən sonra artıq
bizim övladlarımız olublar” sözlərini sitat gətirən Rəcəb Tayyib
Ərdoğan bu torpaqlar uğrunda canını qurban verən bütün gənclərin
xatirəsini bir daha ehtiramla yad etdi. Bildirdi ki, gələcək
nəsillər Çanaqqalada əldə olunan müqəddəs amalları qorumalıdır.
Çanaqqala dostluğun, sevginin və sülhün örnəyinə çevrilməlidir.
Sonra dünyanın müxtəlif ölkələrindən olan, fərqli dillərdə danışan
uşaqlardan təşkil edilən xorun ifasında türk, fransız və ingilis
dillərində “Sülhün səsli nəğməsi” oxundu.
Türkiyə Silahlı Qüvvələrinin “Mehteran” birliyi də öz çıxışlarını
nümayiş etdirdi.
Daha sonra Türkiyə Silahlı Qüvvələrinin bölükləri də daxil olmaqla
ittifaq dövlətlərinin hərbi birliklərinin fəxri keçidi oldu.
Dövlət başçıları Çanaqqala döyüşlərində həlak olan əsgərlərin
məzarlarını ziyarət etdikdən sonra “Mehmetçik” abidəsinin önündə
“Şəhidlik dəftəri”ni imzaladılar.
Mərasimin ən maraqlı anlarından biri dənizdə Türkiyə, İngiltərə,
Fransa, Avstraliya və Yeni Zelandiya hərbi gəmilərinin keçidi oldu.
Bunun ardınca “Türk yıldızları” səmada nümunəvi manevrlər
etdilər.
Xatırladaq ki, Çanaqqala döyüşü Birinci Dünya müharibəsi dövründə
Osmanlı dövləti ilə Antanta dövlətləri arasında baş verib. İttifaq
üzvləri Osmanlı dövlətinin paytaxtı İstanbulu alaraq boğazları
idarə etmək hüququnu özlərində saxlamaq istəyirdilər. Lakin onlar
türk xalqının dəmir iradəsini sarsıda bilmədilər. Səkkiz ay davam
edən və böyük itkilərin qeydə alındığı döyüşlərdə məğlub olan
ittifaq dövlətləri geri çəkilmək məcburiyyətində qaldılar. Bu döyüş
məhv olmaq vəziyyətindəki bir ölkənin möhtəşəm qələbəsi kimi
əfsanələşdi və Çanaqqala zəfəri adı ilə tarixə düşdü. Türklər bu
qanlı mübarizədə 250 mindən çox şəhid verdilər. Bir o qədər hərbçi
itirən müttəfiq qüvvələr üçün isə bu döyüş hərbi fəlakət rəmzi kimi
qiymətləndirilir.
Çanaqqala zəfərinin əldə olunmasında azərbaycanlılar da yaxından
iştirak ediblər və üç mindən çox soydaşımız şəhidlik zirvəsinə
ucalıb.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK