• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Gürcüstan azərbaycanlılarından Türkiyəyə dəstək

  • Nida.az
  • 25 Aprel 2015 10:12
  • 338 Baxış
Gürcüstan azərbaycanlılarından Türkiyəyə dəstək

Azərbaycanlıların Mədəniyyət Mərkəzi ermənilərin öz məkrli niyyətlərini həyata keçirmək məqsədilə soyqırımı iddiaları ilə əlaqədar bəyanat qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, onilliklər ərzində ermənilər Birinci Dünya müharibəsi zamanı Osmanlı imperiyasında onlara qarşı soyqırım törədildiyini sübut etməyə və bütün dünyanı buna inandırmağa cəhd göstəriblər. “Həqiqət isə odur ki, Birinci Dünya müharibəsi zamanı çətin döyüş şəraiti, daxili münaqişələr, aclıq və xəstəliklər üzündən çox sayda erməni tələf olub. Lakin həmin dövrdə ermənilərdən də çox türklər həlak olub”.

Bu gün ermənilərdən Mərkəzi Anadoluda törətdikləri amansız qətllərin hesabı soruşulmalıdır: “Əgər ermənilər tarixi faktları obyektiv araşdırmaq istəyirsə, siyasi məqsədlərə görə tarixi reallığı eybəcərləşdirməkdən cəkinməli və işi mütəxəssislərə həvalə etməlidirlər. Ermənilərdən fərqli olaraq, türklər öz arxivlərini tarixçilərə açdı və həqiqəti üzə çıxarmaq naminə birgə komissiyanın yaradılması təklifini dəstəklədilər”.

Gürcüstan azərbaycanlıları bəyan edir ki, ermənilərin soyqırımı ilə əlaqədar yayılmış məkrli iddialararının arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi tələbləri hamıya məlumdur: “Ermənilər bu günə kimi Türkiyənin şərqini “Qərbi Ermənistan” adlandırır və Turkiyə-Ermənistan sərhədini rəsmi şəkildə tanımır”.

Ermənistanın bu ekspansiv siyasətinin yalnız Türkiyəyə qarşı deyil, eyni zamanda Azərbaycana qarşı yönəldiyini vurğulayan bəyanat müəllifləri ermənilərin azərbaycanlılara qarşı zaman-zaman həyata keçirdiyi soyqırımı aktlarını xatırladır.

Gürcüstan parlamentinə ünvanlanmış müraciətdə bəyan edilir ki, əgər Ermənistan region ölkələri ilə dinc yanaşı yaşamaq istəyirsə, ilk növbədə, qonşulara düşmənçilik mövqeyinə son qoymalı, onların suverenliyinə, ərazi bütövlüyünə hörmət etməlidir: “Bu, ermənilərin maraqlarına daha çox uyğundur, əks halda, Ermənistan regionda təcrid olunmuş ölkə kimi qalacaq. Bunu yalan məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışan erməni lobbisi də yaxşı dərk etməlidir”.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR