Xəvaricilərin toplaşdığı məscid bağlandı - ÖZƏL
Bizi izləyin

Nida.az

Xəvaricilərin toplaşdığı məscid bağlandı - ÖZƏL


Xaçmaz rayonunda Mürşüdoba kənd məscidi bağlanıb. Yerli mənbələrdən Publika.Az -a verilən məlumata görə, Mürşüdoba kənd məscidi adlanan məscidin bağlanmasına səbəb xavaricilərin burda toplanmasıdır.
“Bura rayonda xəvaricilərin toplaşdığı məscidlərdən idi. Artıq rəsmi olaraq məscidə giriş qadağan edilib”-deyə mənbə qeyd edib.

Qeyd edək ki, dini radikal qruplaşmalar ən çox Şimal rayonlarında genişlənib. Burdan həmçinin Suriyaya döyüşməyə gedənlərin də sayı çoxdur. Bu günlərdə bir ananın iki övladı ilə birlikdə Suriyaya getdiyi, 14 yaşlı oğlunun öldürüldüyü faktı da qeydə alınıb (http://publika.az/p/6647 ). Mənbə bildirir ki, məscidin bağlanmasına son hadisələrdən sonra məsələyə diqqət daha da artırılıb. Məscidin bağlanmasına son hadisələr də səbəb olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm