Nida.az
Prezident Fransa yəhudilərinin nümayəndələrini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Rocer Çukermanın ölkəmizə səfərinin məhsuldar və keçirilən görüşlərin uğurlu olacağına ümid etdiyini bildirdi. Prezident İlham Əliyev səfərin Azərbaycan-Fransa əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Ölkəmizə Yerevandan gəldiklərini vurğulayan Fransanın Yəhudi İnstitutlarının Təmsilçilik Şurasının prezidenti Rocer Çukerman ilk gündən Bakıda böyük inkişafın və müasirliyin şahidi olduqlarını dedi. O, ölkəmizdə ilk dəfə keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar görülən yüksək hazırlıq işləri ilə bağlı Azərbaycan tərəfinə təbriklərini çatdırdı. Ölkəmizdə gedən böyük inkişaf proseslərinə toxunan Rocer Çukerman Azərbaycanın əldə etdiyi bu uğurlara Avropa tərəfindən obyektiv qiymət verilməsinin vacibliyini də vurğuladı. (AZƏRTAC)
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi