“Partlayışı Əli Kərimli özü təşkil edib” - İddia
Bizi izləyin

Nida.az

“Partlayışı Əli Kərimli özü təşkil edib” - İddia

Əli Kərimli Xocalı soyqırımı günü 5-10 adamla səs-güy yaradıb mətbuatda özünə “basqı” kimi təqdim etdi


“Bu hadisə ciddi şəkildə araşdırılmalıdır. Şəxşən bu məsələni Əli Kərimlinin özü tərəfindən törədildiyini istisna etmirəm”.

Bu barədə BAXCP sədrinin ictimai və siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı Publika.Az -a açıqlamasında AXCP -nin mənzil qərargahında baş verən partlayışa münasibət bildirərkən deyib.

“Bu gün mətbuatdan oxudum ki, Əli Kərimlinin ofis kimi istifadə etdiyi qərargahın zirzəmisində partlayış baş verib. Özlərinin yaydığı məlumata görə, zirzəmi bərbərxana kimi istifadə edilirmiş. Bu hadisəni adiyyatı qurumlar araşdırmalıdır. Baş verən partlayışın səbəbləri bilinməlidir. Şəxsən mən istisna etmirəm ki, bu partlayışı ola bilsin ki, Əli Kərimlinin öz təşkil etsin. Mən buna daha çox inanıram. Çünki bu adam şou düzəltməyi bacarır. Gündəmə gəlmək üçün və beynəlxalq təşkilatların diqqətini özünə yönəltmək üçün istənilən addımı atmağa hazır olan birisidir. Yəqin istəyir ki, cəmiyyətə göstərsin ki, “əsas müxalifət budur”. Əli Kərimlidən hər addımı gözləyirəm”-deyə o bildirib.

N. Orduxanlı qeyd edib ki, Əli Kərimli Xocalı soyqırımı günü 5-10 adamla səs-güy yaradıb mətbuatda özünə “basqı” kimi təqdim etdi. Onun fikrincə, bu partlayışı bütün hallarda ciddi araşdırmağa ehtiyac var.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm