Nida.az
Deputat: “Polisə xüsusi səlahiyyət verilməlidir ki, Aqil Abbası saxlasın”
“Azərbaycanda bıçaqlanma hadisələri milli adət-ənənəyə çevrilib. Elə gün yoxdur ki, bıçaqlanma hadisəsi baş verməsin”.
Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Aqil Abbas bildirib.
A.Abbas deyib ki, son zamanlar belə hadisələrin baş verməsinin qarşısının alınması üçün Cinayət Məcəlləsindəki soyuq silah gəzdirmə maddəsində qaydalar sərtləşdirilməlidir.
“Biz tələbə vaxtı da görürdük ki, bıçaq gəzdirmək olmaz. Belə bıçaqlanma halları o zaman çox az hallarda baş verərdi. Əvvəllər 4 sm-dən uzun bıçağa görə məsuliyyət nəzərdə tutulurdu. Mən təklif edirəm ki, bu məsələ diqqətdə saxlanılsın və polisin səlahiyyətləri artırılsın. Polisə şübhələndiyi adamın üzərinə baxış keçirmək icazəsi verilsin. Kiminsə üzərində soyuq silah varsa, onu polis müəyyən etsin. Polisə xüsusi icazə verilməlidir ki, şübhələnəndə Aqil Abbası da saxlaya bilsin”.
Deputat bildirib ki, bu məsələ növbəti komitə iclaslarında müzakirəyə çıxarılmalı və polisin səlahiyyətləri artırılmalıdır. “Bu baş verən bədbəxt hadisələr sabah bizim də başımıza gələ bilər. Bu xalq da bizimdir. Ona görə də düşünürəm ki, millətimizi qorumaq üçün qərarlar qəbul etməliyik”.
Vasif Həsənli
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik