Sabir Rüstəmxanlı deputat həmkarlarından küsüb
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı deputat həmkarlarından küsüb

“Dünyada diasporun fəaliyyəti və əhəmiyyəti getdikcə artır. Biz də bu istiqamətdə fəaliyyətimizi gücləndirməliyik”.

Publika.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı aprelin 13-də İstanbulda DAK-ın qurultayının keçirildiyini söyləyib: “Tədbiri İstanbulda keçirməklə saxta soyqırımla bağlı Türkiyənin yanında olduğumuzu göstərmək istəyirdik. Tədbirdə Türkiyədən, İraqdan olan millət vəkilləri iştirak etdi. Qurultaya Avstraliyadan, Qazaxıstandan bu yana hər kəs gəlmişdi. Mən burada xeyli millət vəkilinə dəvətnamə vermişdim. Təəssüf ki, mənim azərbaycanlı həmkarlarım tədbirə qarşı laqeyd münasibət nümayiş etdirdilər. DAK İrana qarşı olan təşkilat deyil, siyasi partiyalar üstü qurumdur. Ancaq bir deputat belə bizi təbrik etmədi. Vaxtilə mərhum Heydər Əliyev II Qurultaya təbrik göndərmişdi. Deputatlar arasında laqeydlik var. Biz bir-birimizin xeyr-şərində iştirak edirik. Lakin milli hərəkatlar zamanı bu həmrəyliyi nümayiş etdirə bilmirik. Hesab edirəm ki, bu məsələlərdə də bir mənəvi kodeks olmalıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm