• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycana qarşı ermənilərin “Kerri barmağı” – millət vəkilinin ŞƏRHİ

  • Nida.az
  • 29 Aprel 2015 15:39
  • 376 Baxış
Azərbaycana qarşı ermənilərin “Kerri barmağı” – millət vəkilinin ŞƏRHİ

“Azərbaycana qarşı I Avropa Oyunları üzərindən aparılan anti-kampaniyanın arxasında ermənilər və erməni lobbisi dayanır”.


Bunu Publika.az-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.


Onun sözlərinə görə, inkişafdan geri qalan ermənilər Azərbaycanın uğurlarını həzm edə bilmir: “Çünki onların düşüncəsi xoş niyyətlərdən uzaqdır. Onlar yalnız separatizmə, terrora meyillidirlər. Bu baxımdan, Azərbaycanın bütün uğurlarına ləkə salmağa çalışırlar. Təbii ki, bu prosesdə ermənilərlə çalışan qüvvələr də ölkəmizə qarşı iş aparır. Təəssüflər olsun ki, ABŞ rəhbərliyi, şəxsən Con Kerri belə bir mövqe sərgiləyir. Bu da təsadüfi deyil. Çünki Con Kerrinin seçiciləri arasında çoxlu sayda ermənilər var və yaxın gələcəkdə ABŞ-da seçkilər keçiriləcək. Yəni Kerri dünya siyasəti ilə deyil, öz şəxsi maraqları ilə məşğuldur. Digər tərəfdən, onun vaxtilə “907-ci” düzəlişlə bağlı mövqeyini unutmamalıyıq. Bu proses eyni istiqamət üzrə davam edir”.


Millət vəkili hesab edir ki, nə Con Kerri, nə də onun kimilər Azərbaycana mane ola bilməz: “Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti yaşayır və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Uğurlarımız göstərir ki, Azərbaycan regionun lider dövlətidir. Yaxın gələcəkdə məhz Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. Bunu ermənilər yaxşı bilir, ona görə də beynəlxalq aləmdə Azərbaycana qarşı belə kampaniyaları təşkil edirlər. Lakin tarixdə ilk dəfə Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın bugünkü, dünənki və sabahkı uğurlarına söykənir. Azərbaycan bu oyunları yüksək səviyyədə keçirdəcək və aparılan kampaniyalar məhv olub gedəcək. Bu oyunlar Azərbaycana böyük uğurlar gətirəcək”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR