• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

"Bu məsələlər var" - baş konsulumuz “nurçu” hesabatından danışdı

  • Nida.az
  • 3 Mart 2014 16:51
  • 1 097 Baxış
"Bu məsələlər var"  - baş konsulumuz  “nurçu” hesabatından danışdı


“Bizim işimiz ondan ibarətdir ki, gördüyümüz işlərlə bağlı məlumatlarımızı öz strukturlarımıza bildirək. Mən nəyi lazım bilirəmsə, onu da yazıb bildirirəm. Amma mən heç nəyi mətbuatda həll etmirəm və bu məsələlərin mətbuata çıxarılmasının əleyhinəyəm”.

Bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalov Publika.Az -a eksklüziv açıqlamasında bəzi məmurların nurçuluqla əlaqələri haqqında yayılan informasiyanın onun məktubu əsasında hazırlanmasına dair deyilənlərə münasibət bildirərkən deyib.

Baş konsul bu barədə SAM-ın direktoru Fərhad Məmmədovun dediklərinə də münasibət bildirib: “Belə işlərlə mən məşğul olmuram. Həsən Zeynalov dövlət adamıdır, dövlət işi ilə məşğuldur. Əksinə onun əlaqələri daha genişdir və kimin nəyi hara ötürdüyünü özü araşdırsa, daha yaxşı olar. Biz burada Azərbaycan dövlətini təmsil edirik. İstanbul və ətrafdakı 27 vilayətə cavabdehik. Burda nə olursa, xüsusilə bizi narahat edən məsələlər strukturlarımız vasitəsilə lazımi orqanlara çatdırılır. Nə olsa da öz strukturlarımızda həll edirik. Belə şeylərin də mətbuata çıxarılmasının, ümumiyyətlə, əleyhinəyəm. Xüsusilə əgər rəy yoxdursa, bunu mətbuatda müzakirəsi qəbul olunmazdır”.

H. Zeynalov nurçuluqla bağlı Prezident Administrasiyasına və Xarici İşlər Nazirliyinə hesabatın verildiyini təkzib etməyib.“Bu məsələlər var. Ümumiyyətlə, tək bu, deyil, digər bütün məsələlər bizim diqqətimizdədir və hər biri üzrə fikirlərimizi bildiririk. Bizim yazdığımız bütün fikirlər də müzakirə edilir, rəylər bildirilir. Amma belə şeylərin mətbuata düşməsi bizlik deyil. Kim məndən şübhələnirsə, qoy əvvəlcə özlərini araşdırsınlar. Hazırda bu məsələ ilə bağlı da dövlət məşğul olur”-deyə baş konsul vurğulayıb.

O, heç kəsin təşvişə düşməsinə əsas olmadığını deyib: “Bu məsələlərə strukturlarımızda, bölmələrimizdə baxılır. Şübhə toxumu əkmək istəyənlər öz işləri ilə məşğul olsunlar”.

H. Zeynalov məlumatın götürüldüyü “İnci Azəri” “Feysbuk” profilindən ümumiyyətlə xəbərinin olmadığını deyib: “Mən, ümumiyyətlə, internetdən ancaq qəzetləri oxumaq üçün istifadə edirəm. Mənim bu işlərlə məşğul olmağa nə vaxtım var, nə də həvəsim. Biz real həyatın içindəyik. Mən öz işimlə məşğulam”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR