• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Piter Semnebi Azərbaycandan üzr istədi

  • Nida.az
  • 29 Aprel 2015 21:12
  • 867 Baxış
Piter Semnebi Azərbaycandan üzr istədi

Avropa İttifaqının Cənubi Qafqaz üzrə sabiq xüsusi nümayəndəsi, hazırda İsveçin Əfqanıstanda səfiri olan Piter Semnebi adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barədə müraciət edib. Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Məktubda P.Semnebi adının arzuolunmaz şəxslər siyahısında olduğunu qeyd edərək, Avropa İttifaqının xüsusi nümayəndəsi kimi vəzifə səlahiyyətlərini başa vurmaq ərəfəsində münaqişəni başa düşmək üçün qeyri-rəsmi əsasda işğal olunmuş ərazilərə səfər etdiyini bildirib. Səfər nəticəsində müşahidələrinin Azərbaycanın mövqeyi və narahatlıqları ilə üst-üstə düşdüyünü deyən P.Semnebi hüquqi baxımdan Azərbaycanın tərkib hissəsi olan əraziyə əvvəlcədən məlumat vermədən səfər etdiyinə görə təəssüfləndiyini bildirib və üzrxahlığını ifadə edib.

H.Hacıyev deyib ki, P.Semnebinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılması barəsində qərar qəbul edilib və 28-29 aprel tarixlərində keçirilən III Bakı Qlobal Forumunda iştirakına icazə verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR