Nida.az
Bakı III Qlobal Forumu başa çatdı
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 28-29 aprel tarixlərində keçirilmiş Bakı III Qlobal Forumu başa çatıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
çıxışında bildirib ki, iki gün davam edən forumda böyük fikir
mübadiləsi aparılıb: “Çox gərgin iki günlük forum artıq öz işini
başa vurur. Düşünürəm ki, sizlərin bu forumda söylədiyiniz fikirlər
bizim üçün gələcəkdə faydalı olacaq. Hesab edirəm ki, forum çox
müvəffəqiyyətlə baş tutdu. Hamınıza öz təşəkkürümü bildirirəm”.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq
prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə kitabxanasının
direktoru İsmayıl Serageldin forum haqda öz fikirlərini bölüşüblər.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik Akif Əlizadə Azərbaycan Respublikasının Nizami Gəncəvi
adına Qızıl medalını Latviyanın sabiq prezidenti Vayra
Vike-Freyberqa və İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl
Serageldinə təqdim edib.
Qeyd edək ki, forumda iki ölkənin prezidenti, 4 ölkənin baş nazir
və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla
ümumilikdə 72 ölkənin rəsmiləri iştirak edib. ABŞ, Türkiyə,
Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya,
Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Herseqovina,
Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya,
Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan,
İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva,
Makedoniya və digər ölkələrdən rəsmilər iki gün ərzində Bakıda
birgə müzakirələr aparıblar.
Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan
prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti Georgi İvanov,
Malta baş naziri Jozef Musukat çıxış ediblər. Almaniya baş naziri
Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kameron, BMT-nin
sabiq baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi
Henri Kissincer və Latviyanın sabiq prezidenti Vayra
Vike-Frayberqanın Forumda təbrikləri oxunub.
“Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr
olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən
məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror
təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji
təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların
rolu və bir sıra qlobal problemləri geniş müzakirə edilib, onların
həll yollarının tapılması istiqamətində müzakirələr aparılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və
2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu
keçirilib./apa/
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır