Ceyms Uorlik: “Parisdəki danışıqlar sülh üçün imkanlar yaradacaq”
Bizi izləyin

Nida.az

Ceyms Uorlik: “Parisdəki danışıqlar sülh üçün imkanlar yaradacaq”

ATƏT-in Minsk qrupunun amerikalı həmsədrləri bu gün Parisdə Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşəcək.


Publika.az xəbər verir ki, bu barədə amerikalı həmsədr Ceyms Uorlik özünün Twitter səhifəsində yazıb.


Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr aparılacaq.


“Bu gün Parisdəki məhsuldar və müsbət danışıqlar sülh üçün imkanlar yaradacaq”, - deyə o bildirib.


Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov aprelin 30-da ATӘT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcəyini bəyan etmişdi.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm