Rusiya Ankara və Berlinin vasitəçiliyinə qarşı çıxdı - RƏSMƏN
Bizi izləyin

Nida.az

Rusiya Ankara və Berlinin vasitəçiliyinə qarşı çıxdı - RƏSMƏN

“Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aktiv rol oynayır”.


Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.


Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində çalışan ATƏT-in Minsk qrupunun formatının dəyişdirilməsinə cəhdlər danışıqlar prosesinin ləngiməsinə və geriyə doğru getməsinə səbəb ola bilər.


“Hesab edirəm ki, Minsk qrupu və onun həmsədrlərinin fəaliyyəti nəticəsində unikal vasitəçilik təcrübəsi toplanıb. Bunu dəyişdirmək cəhdləri danışıqların yenidən sıfırlanması deməkdir”, - deyə o bildirib.


Q. Karasin qeyd edib ki, Rusiya Minsk qrupunun həmsədri olaraq iki onillik ərzində Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında aktiv rol oynamaqda davam edir: “Minsk qrupunun aktiv iştirakçılarına gəlincə, bunlar Almaniya və Türkiyədir. Onlar münaqişə tərəflərinə kömək edə, həll variantlarını təklif edə bilərlər. Lakin nizama salınma onlardan deyil, tərəflərin özündən asılıdır. Bu, istənilən münaqişənin nizama salınmasında aksiomadır. Dağlıq Qarabağ münaqişəsində də nə qədər dərin olmasına baxmayaraq, belədir”.


Qeyd edək ki, Azərbaycanlı millət vəkili Azay Quliyev ATƏT-in Vyana toplantısında Almaniya və Türkiyənin Minsk qrupuna daxil olması fikrini irəli sürərək, “Beşlik” formatını təklif etmişdi. Türkiyə rəsmi olaraq bu prosesdə daha yaxından iştirak etmək arzusunu dilə gətirib. Almaniya kansleri Angela Merkel də Prezident İlham Əliyevlə Berlində görüşərkən ölkəsinin münaqişənin həllində vasitəçilik etmək istədiyini diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm