Meriya Milli Şuranın mitinq müraciətinə “Yox” dedi
Bizi izləyin

Nida.az

Meriya Milli Şuranın mitinq müraciətinə “Yox” dedi

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinq müraciətinə cavab verib.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “facebook” səhifəsində məlumat verib.


Onun sözlərinə görə, BŞİH Milli Şuranın mayın 3-də, saat 15:00-da Yasamal rayonu, “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciətinə baxıb: “Bizə təqdim edilən cavab məktubunda qeyd edilib ki, aksiyanın mayın 3-də keçirilməsi məqsədəuyğun deyil. Çünki həmin gün “Məhsul” stadionunda başqa tədbirin olması planlaşdırılıb. Bizə aksiyanı mayın 2-də keçirməyi təklif ediblər”.


F. Qəhramanlı bildirib ki, Milli Şura mitinqin mayın 2-də keçirilməsi ilə bağlı təklifi müzakirə edərək qərar verəcək.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm