• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Komitə sədri: “Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etmək təcrübəsinə malikdir”

  • Nida.az
  • 1 May 2015 10:24
  • 295 Baxış
Komitə sədri: “Azərbaycan beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil etmək təcrübəsinə malikdir”

“Bu artıq adət halını alıb ki, Azərbaycan hər hansı böyük və möhtəşəm xarakterli işləri görən zaman həmişə müxalif qüvvələr və düşmənlərimiz fəallaşır”.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.

Onun sözlərinə görə, bu cür hallara təbii baxmaq lazımdır: “Yəni, məqsədsiz şəkildə baş verdiyini düşünmək olmaz. Görülən işlərin miqyası elədir ki, bu cür miqyasda bizə qarşı baş verənlərin qarşısını almaq çox asandır. Azərbaycan dövləti artıq beynəlxalq idman yarışları və digər tədbirləri yüksək səviyyədə təşkil etmək təcrübəsinə malikdir. Yəni, Avropa Oyunları kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək bizim üçün yeni deyil. Bu gün Azərbaycanın inkişafı, artan nüfuzu, dünyada tanınması və digər bu istiqamətdə görülən işlər strateji məqsəd daşıyır. Təbii ki, problemlərimiz də hələ qalmaqdadır. Ancaq bu cür görülən işlər həmin problemlərin həllinə də böyük fayda verir. Kim ki, öz millətini və xalqını sevirsə, gərək Avropa Oyunlarının keçirilməsi ilə fəxr etsin, sevinsin, qürurlansın. Bu yarışma Azərbaycan vətəndaşına yalnız və yalnız qürur gətirir. İndi mən kənardan Azərbaycana qarşı aparılan kampaniyaları başa düşə bilərəm, çünki kənardan bizi istəməyən qüvvələr çoxdur və bunların başında ilk növbədə ermənilər dayanır. Amma Azərbaycan daxilində belə bir kampaniyalar və fəaliyyətlər ortaya çıxırsa, bu artıq həmin adamın vicdanına bağlı olan məsələdir. Yəni, burada sən nə deyə bilərsən? Nəyə nə niyə etiraz edə bilərsən? Avropa Oyunlarının keçirilməsi elə bir məsələdir ki, burada ancaq sevinmək lazımdır. Bunun başqa cür yolu da yoxdur. Yox, əgər hər hansı bir insanda bu hissiyyatlar da yoxdursa, deməli, o adamın özü naqisdir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR