Nida.az
XİN: Dağlıq Qarabağa gələcək “müşahidəçilər” barəsində cinayət işi başlana bilər
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev işğal olunmuş ərazilərimizdə keçirilən qanunsuz “parlament seçkiləri” və bu seçkilərdə “müşahidəçi” kimi iştirak edən şəxslərlə bağlı məsələyə münasibət bildirib.
Publika.az-ın məlumatına görə, XİN rəsmisi bəyan edib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin qanunsuz “parlament seçkiləri” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır.
H.Hacıyev deyib ki, bu qanunsuz seçkilər ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən bu il fevralın 27-də müvafiq bəyanat verilib: “Azərbaycan Respublikası ərazisində siyasi iradənin seçki vasitəsilə ifadəsinin legitim əsasını yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları təşkil edir.
ATƏT Minsk Qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün etdiyi çağırışlarına məhəl qoymayaraq, Ermənistan tərəfdən “seçki” adı altında atilan bu təxribatçı addım yalnız danışıqlar prosesinə xələl gətirmək və Azərbaycana qarşı işğal və təcavüzü pərdələmək məqsədi daşıyır.
Beynəlxalq ictimaiyyət tərəfindən bu qeyri-qanuni “seçkilər” pislənilir, qanunsuz hesab edilir və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dəstək ifadə olunur. ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən 30 aprel tarixli bəyanatda bu seçkilərin tanınmadığı bir daha vurğulanır.
İşğal olunmuş Azərbaycan ərazilərində Ermənistan tərəfindən təşkil olunan bu “seçkilərdə” öz-özünü “müşahidəçi” adlandıran bəzi marqinal siyasi şəxslərin bu kimi davranışı Azərbaycan Respublikasının qanunlarının kobud şəkildə pozulması kimi qiymətləndiriləcək. Özü-özünü “müşahidəçi” elan edən bu şəxslərin fəaliyyəti işğal, təcavüz və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrinin təşviqinə xidmət edir.
Slovakiya vətəndaşı Frantişek Mikloşkonun halında olduğu kimi, işğal olunmuş ərazilərə qanunsuz səfər edən və Azərbaycan Respublikasının qanunlarını kobud şəkildə pozan bu kimi özü-özünü “müşahidəçi” elan etmiş şəxslərə münasibətdə də cinayət təqibinin başlana biləcəyi istisna deyildir.
Slovakiya vətəndaşı Frantişek Mikloşko barəsində əməliyyat-istintaq hərəkətləri davam etdirilir və onun barəsində İnterpol vasitəsilə axtarış verilib”.
Vasif Həsənli
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO