İqtidarla müxalifət növbəti dialoqa hazırlaşır
Bizi izləyin

Nida.az

İqtidarla müxalifət növbəti dialoqa hazırlaşır

Prezident Administrasiyası müxalifətə növbəti dialoq üçün təklif göndərib.


Bunu Publika.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib.


Onun sözlərinə görə, təklif “Azadlıq - 2015” blokuna gəlib.


“Bu gün saat 16:00-da məsələ müzakirə olunacaq və qərarla bağlı ictimaiyyətə açıqlama veriləcək”, - deyə o bildirib.

Xalq Partiyasının sədri Pənah Hüseyn də Publika.az-a açıqlamasında dialoq təklifinin gəldiyini təsdiqləyib. Bildirib ki, dialoqun vaxtı və müzakirə ediləcək məsələlər də təklif olunur: “Bu gün “Azadlıq-2015” blokunda müzakirələrdən sonra bu haqda qərar veriləcək”.


Qeyd edək ki, dialoqun bu ay baş tutacağı gözlənilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm