• USD 1,7002 0,00% EUR 2,0070 +0,24%
    • GBP 2,2488 +0,43% RUB 0,0285 +1,05%

Abdullah Gül Əjdərbəy məscidində namaz qıldı - FOTO

  • Nida.az
  • 1 May 2015 17:12
  • 490 Baxış
Abdullah Gül Əjdərbəy məscidində namaz qıldı - FOTO

Ölkəmizdə səfərdə olan III Qlobal Bakı Forumunun iştirakçıları Bakının Nəsimi rayonundakı Əjdərbəy məscidində cümə namazında iştirak ediblər.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə bildiriblər ki, QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadə və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqları səmimi salamlayaraq, dünya şöhrətli, nüfuzlu şəxsiyyətlərin Azərbaycana səfərlərinin yüksək dəyər kəsb etdiyini vurğulayıblar.

Türkiyənin keçmiş Prezidenti Abdullah Güllə görüşən A.Paşazadə Azərbaycan-Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlığın dərinləşdirilməsi yönündə qonağın səylərini yüksək qiymətləndirib. Azərbaycanda keçirilən qlobal əhəmiyyətli tədbirdə qardaş Türkiyə dövlətinin nüfuzlu dövlət xadiminin iştirakını mühüm sayan QMİ sədri turk-İslam birliyinin ümumi mənafeləri üçün dəyərli hal kimi səciyyələndirib.

A.Gül isə öz növbəsində, Şeyxülislamla Azərbaycanda və Türkiyədə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb və A.Paşazadənin iki qardaş dövlət arasında dini-mənəvi əlaqələrin inkişafı üçün səylərini əvəzsiz kimi dəyərləndirib.

Səmimi qardaşlıq şəraitində keçən görüşün sonunda Şeyxülislam Türkiyənin sabiq Prezidentinə xatirə hədiyyəsi təqdim edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>