Əli Ömərov sədr seçildi
Bizi izləyin

Nida.az

Əli Ömərov sədr seçildi

Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyətinin toplantısı keçirilib.

Cəmiyyətin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, toplantıda təşkilati məsələlər müzakirə edilib.

Toplantıda qurumun dönəm sədri dəyişib. İdarə Heyətinin üzvləri əvvəlki dönəm sədri Nurəddin Osmanlıya indiyə qədər göstərdiyi fəaliyyətə görə dərin təşəkkürünü ifadə ediblər.

Daha sonra dövlət ədliyyə müşaviri, ordu generalı, sabiq baş prokuror Əli Ömərov yeni dönəm sədri seçilib.

Məlumatda qeyd olunur ki, Deportasiya Qurbanları Cəmiyyətinin İdarə Heyəti saxta erməni soyqırımı, qarşıdan gələn I Yay Olimpiya Oyunları ilə bağlı da müzakirələr aparıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm