Nida.az
Vəfa Quluzadənin son açıqlaması: “Qarabağ yalnız o vaxt qaytarılacaq”
Onunla ölümündən cəmi 2 gün öncə danışmışdıq.
Mərhum politoloq Vəfa Quluzadəyə Publika.az-ın “Siyasətsiz siyasətçi” rubrikasına müsahibə üçün müraciət etmişdik. İndi vaxtı olmadığını, amma mütləq gələcəyini söz vermişdi. Amma... Amma ölüm imkan vermədi. Dünən gecə sabiq dövlət müşavirinin vəfat etdiyini eşitdik.
Publika.az sonuncu söhbətimiz zamanı V.
Quluzadənin yayımlanmamış açıqlamasını təqdim edir.
“Mən həmişə demişəm, yenə deyirəm: Qarabağ probleminin həlli üçün
ya Rusiya oyundan çıxmalı, ya da bu ölkənin imperiya ambisiyaları
aradan qalxmalıdır. Moskva oyundan çıxmaq istəmir. Çünki Qarabağ
münaqişəsi Rusiyanın Azərbaycan və Ermənistan üzərində təsirini və
regionda mövcudluğunu gücləndirir. Lazım olanda Ermənistana bir
göstərişlə cəbhədə gərginliyi artırır. Yeganə ümid Rusiyanın
imperiya ambisiyalarından əl çəkməsidir. Bunu Qərb edə bilər, lakin
hələ ki üfüqdə belə bir perspektiv görünmür. İmperiya ambisiyaları
Rusiyanın, rus xalqının öz ziyanınadır.
Çünki gec, ya tez bütün imperiyalar kimi bu imperiya da dağılacaq. O zaman, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli olacaq. Həmin vaxt Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarını öz istəyi ilə geri qaytaracaq. Bunun konkret nə vaxt baş verəcəyini deyə bilmərəm, lakin mütləq olacaq. Tarix bunu deməyə əsas verir”, - deyə V. Quluzadə son açıqlamasında belə demişdi.
Vəfa Quluzadə Qarabağın qayıtdığı günə qədər yaşaya bilmədi. Amma onun ruhu bu günü mütləq səmadan seyr edəcək!
Allah rəhmət eləsin.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...