Nida.az
İlham Əliyev: “Ermənistanın bütün cəhdləri status-kvonun dəyişməməsinə istiqamətlənib”
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlər zamanı Ermənistan prezidenti Serj Sarkisyanla görüşünün planlaşdırılmadığını deyib.
Trend-in məlumatına görə, Prezident İlham Əliyev bildirib: "Bu dövr
üçün təmaslarımız planlaşdırılmayıb. Ötən il Soçidə Rusiya
Prezidentinin təşəbbüsü ilə görüşlərimiz olub, sonra payızda ABŞ
dövlət katibi Con Kerri, ardından Fransa Prezidenti Fransua
Ollandın təşkil etdiyi görüşlərdə bizə elə gəlirdi ki, irəliyə
doğru hərəkət edə bilərik, lakin təmas xəttində gərginliyin
azaldılması ilə bağlı razılıq əldə etdiyimiz Paris görüşündən 2
həftədən də az bir müddət sonra Ermənistan onların hesablamalarına
görə 47 min hərbçinin iştirakı ilə işğal edilmiş Ağdam rayonunda
genişmiqyaslı təlimlər təşkil etdi".
Dövlət başçısı qeyd edib ki, buna lüzum yox idi, bu, danışıqlar
prosesinin pozulmasına yönəldilmiş aşkar təxribat idi. "Biz bir
neçə gün təmkinlik göstərdik və buna reaksiya verməmək əmri
verilmişdi, çünki hesab edirdik ki, gərginliyi azaltmaq lazımdır,
lakin düşmən Mi-24 hərbi helikopterləri ilə mövqelərimizə hücum
etmək cəhdləri göstərdi və tərəfimizdən görülən cavab tədbirləri
nəticəsində helikopterlərdən biri məhv edildi.
Və bu, erməni tərəfinə Azərbaycanı təxribatlarda ittiham etməyə imkan verdi və bununla da bu hadisənin baş verdiyi noyabrdan etibarən bu günədək heç bir təmasımız yoxdur. Axı təlimləri Ermənistan ərazisində deyil, Ağdam rayonunda keçirən biz deyildik.
Buna görə də bu, bizi bir daha əmin edir ki, Ermənistan tərəfinin bütün cəhdləri status-kvonun dəyişməməsinə istiqamətlənib. Hərçənd Minsk qrupunun həmsədr ölkələri Rusiya, Fransa və ABŞ dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir və dəyişməlidir. Deməli bu nə deməkdir? Deməli işğalın dayandırılması prosesi başlanılmalıdır. Lakin Ermənistan tərəfi bununla razılaşmaq istəmir və buna görə də hər yolla danışıqlar prosesinə mane olur. Yəni, ötən ilin noyabrından və artıq aprelin sonudur, aramızda heç bir təmas yoxdur. Və nə vaxt olacağı barədə heç nə deyə bilmərik".
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı
-
Nida Xəbər 09:30
Bakıda bu ərazi sökülür - Sakinlər narazıdır
-
Avropa09:00
Putinin sabiq həyat yoldaşı Lyudmilanın hazırkı ərinin villası bu ölkədə müsadirə edildi
-
Nəqliyyat08:25
Paytaxtın bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?