• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

NED-in Azərbaycandakı casus şəbəkəsi - FAKTLAR

  • Nida.az
  • 2 May 2015 14:07
  • 1 499 Baxış
NED-in Azərbaycandakı casus şəbəkəsi - FAKTLAR

ABŞ-ın Demokratiyaya Dəstək Milli Fondunun (NED) bu ölkənin xüsusi xidmət orqanlarına bağlı olduğu artıq sirr deyil. Bu təşkilatın İdarə Heyətində və ya Direktorlar Şurasında təmsil olunan Otto Rayx, Con Neqroponte, Henri Çisneros, Elliot Abrams kimi şəxslər zaman-zaman Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) əməliyyatlarında iştirak edib.


1982-ci ildə yaradılan NED vasitəsilə kommunizmə qarşı mübarizə aparılırdı. SSRİ dağılandan sonra eyni mübarizə Latın Amerikası ölkələrində, eləcə də Asiyanın kommunistlərinə qarşı yönləndirildi. Lakin bu təşkilatın alt qatında üçüncü dərəcəli ölkələrdə, eləcə də post-sovet respublikalarını “idarəçilik” altına almaq məqsədi də var. Təbii ki, təşkilatın Azərbaycandakı fəaliyyətini araşdıranda bunun şahidi oluruq. Misal üçün, NED-in əsas qollarından olan ABŞ Milli Demokratiya İnstitutunun (NDİ) Bakıda “facebook inqilabı” törətmək cəhdi uzaq tarix deyil.


Bu gün I Avropa Oyunları üzərindən Azərbaycana qarşı başlanan kampaniyada NED əsas oyunçu kimi çıxış edir. ABŞ dövlət katibi Con Kerrinin start verdiyi kampaniya bu təşkilata tapşırılıb. NED isə kampaniyada özünün Azərbaycandakı “5-ci kolon”undan istifadə etməyi düşünür. Yayılan məlumatlara görə, məqsədlərdən biri ilin iyununda Bakıda l Avropa Oyunlarının keçirilməsi zamanı beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədlinin azadlığa çıxmasına nail olmaqdır.


NED-in Azərbaycanda qrant layihələrinə nəzər yetirdikdə, bir çox məqamlar aydın olur. Belə ki, 2010-2014-cü illər ərzində bu təşkilat Azərbaycandakı təşkilatlara 1 milyon 210 min dollar vəsait ayırıb.


Qrantı alan QHT-lərin siyahısında İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli, eləcə də Rəsul Cəfərov əsas yerləri paylaşır. Siyahıdakı bütün QHT-lər yalnız iqtidara qarşı “müharibə” edənlərdir.


Misal üçün, İntiqam Əliyev 2010-cu ildə NED-dən 53215 manat, 2012-ci ildə isə 50700 manat məbləğində vəsait alıb.

Təşkilatın hazırkı anti-Azərbaycan kampaniyasında yer alan Əli Kərimlinin ən yaxın adamı Zöhrab İsmayıl 2010-cu ildə 31708, 2011-ci ildə 40250, 2012-ci ildə isə 42796 manat vəsait əldə edib.


Bununla yanaşı, Leyla və Arif Yunuslar, eləcə də Xədicə İsmayıl NED-in də olduğu daha geniş şəbəkədən yüz minlərlə qrant vəsaiti əldə ediblər.


NED-in dəstək verdiyi siyahıda hazırda İsveç səfirliyində gizlənən Emin Hüseynov, qeyri-qanuni fəaliyyətinin ifşa olunmasından qorxaraq xaricə üz tutan Mətanət Əliyeva, müxalifətçi Ənnağı Hacıbəyli və digərləri də yer alır.

Bütün siyahıda nəinki iqtidara qarşı çıxmayan, ümumiyyətlə, Azərbaycanın milli-mədəni dəyərləri, tarixi, yaxud Dağlıq Qarabağ münaqişəsinə aid bircə dənə də layihənin və bunu yerinə yetirən şəxsin adı yoxdur.


NED-in Azərbaycandakı şəbəkəsinə daha bir misal: Bir neçə il öncə təşkilat dünyada yaşı 30-dan az olan və “demorkatiya mücadiləsi” verən şəxslərin siyahısını dərc etdi. Siyahıda üç azərbaycanlının adı var idi: Emin Hüseynovun qardaşı Mehman Hüseynov, Rəsul Cəfərov və Nərmin Rəhimli.


Və sual yaranır: Bu ABŞ kəşfiyyatına bağlı təşkilatın Azərbaycanda öz casus şəbəkəsini formalaşdırması demək deyilmi?


Asif Nərimanlı







Xəbər lenti

DAHA ÇOX XƏBƏR