Müsavat gənclərə vaxt ayırmadı: “Şəxsi eqolarını bir tərəfə qoymalıdırlar”
Bizi izləyin

Nida.az

Müsavat gənclərə vaxt ayırmadı: “Şəxsi eqolarını bir tərəfə qoymalıdırlar”


Bu gün Müsavat Partiyasının Divan toplantısı keçirilib. Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, toplantıda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. Yığıncaqda 26 fevralda Xocalı soyqırımı abidəsinin ziyarət edilməsi və Ukrayna hadisələrinə həsr olunmuş “Ukrayna inqilabı və onun postsovet məkanına təsirləri” mövzusunda 28 fevral 2014-cü il tarixində keçirilmiş dəyirmi masa haqqında fikir mübadiləsi aparılıb. M. Ə. Rəsulzadənini 130 illik yubileyi ilə bağlı Şahmat turnirinin başlanması barədə məlumat verilib. Tədbirlərin əhəmiyyəti qeyd olunub.

Başqan İsa Qəmbər Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə telefon danışığı olduğunu və Ukrayna hadisələri ilə bağlı fikir mübadiləsi etdiyini bildirib. Divan Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qətiyyətlə pisləyib, eyni zamanda Müsavat Partiyasının indiyə qədər olduğu kimi, bundan sonra da Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, Ukrayna xalqının haqlı tələblərini müdafiə edəcəyini bəyan etməklə yanaşı, beynəlxalq birlikdən hadisələrə aydın və birmənalı münasibət gözlədiyini bəyan edib, Azərbaycan hakimiyyətindən də Ukrayna xalqına açıq şəkildə dəstək tələb edib.

Sonda cari məsələlərə baxılıb.Lakin gözlənildiyinin əksinə olaraq partiyanın Gənclər Təşkilatından çıxarılan 8 gənclə bağlı məsələ müzakirə olunmayıb. Çıxarılanlar arasında olan Cavanşir Abbaslı Publika.Az-a açıqlamasında bildirmişdi ki, onlar Divanın qərarını gözləyirlər (http://publika.az/p/8364 ). Onun sözlərinə görə, GT alternativ təşkilat yaratmaq Divanın qərarından asılıdır: “Təşkilat yaratmağımız an məsələsidir”.

Divan üzvü Tural Abbaslı isə Publika.Az -a açıqlamasında bildirib ki, məsələnin araşdırılması birinci iclasda tapşırılmışdı: “Bu gün də ümumi məlumat verildi ki, araşdırma davam edir. Hələki elə bir qərar yoxdur. Gənclərin emosiyaları da artıq sakitləşib. Əvvəlki tək emosional çıxışlar etmirlər. Gəncliyə xas maksimalizm, aqressivlik vardı. İndi yəqin ara bir az sakitləşib. Ümumiyyətlə daxili mübarizə arzuolunmazdır. Gənclərlə söhbət etdik, ümumi proseslərin partiyanın xeyrinə həllinə tərəfdarıdırlar. Şəxsi ambisiyalar və eqolarını hər iki tərəf bir tərəfə qoymalıdır. Partiya maraqları şəxsi maraqdan uca tutmalıdır”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm