Nida.az
XİN: “Dağlıq Qarabağ xalqı” ifadəsi qəbuledilməzdir
ATƏT-in Minsk Qrupu (MQ) həmsədrlərinin və ABŞ Dövlət Departamentinin Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərində qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə bağlı verdikləri bəyanatlarında “Dağlıq Qarabağ xalqı” ifadəsinin qeyd olunması düzgün deyil və bu ifadə qəbuledilməzdir.
Publika.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in MQ həmsədrləri və
ABŞ Dövlət Departamentinin işğal olunan Azərbaycan ərazilərində
qanunsuz “parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar
bəyanatlarını şərh edərkən söyləyib.
“Ümumiyyətlə, “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali
erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın
şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirlik
rəsmisi bildirib.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom