İlham Əliyev Polşa Prezidentini təbrik edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Polşa Prezidentini təbrik edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə təbrik ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Polşa arasındakı münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim sülh və tərəqqi arzulayıram”.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm