Heydər Əliyev Vəfa Quluzadəni necə müdafiə etmişdi - TARİX
Bizi izləyin

Nida.az

Heydər Əliyev Vəfa Quluzadəni necə müdafiə etmişdi - TARİX

1999-cu ilin 23 martında Rusiya Xarici İşlər nazirinin müavini Leonid Draçevski Prezident Boris Yeltsinin məktubunu təqdim etmək üçün Azərbaycana gəlir və Heydər Əliyevlə görüşür.

Axar.az xəbər verir ki, görüşdə Azərbaycanın Xarici siyasət məsələləri üzrə dövlət müşaviri Vəfa Quluzadə də iştirak edir.

Draçevski Vəfa Quluzadənin Rusiyanı düşmən adlandırması barədə mətbuatda yer alan açıqlamalarına görə Heydər Əliyevə şikayət edir. Bu zaman isə Heydər Əliyev Vəfa Quluzadəni Draçevski və Rusiyanın ölkəmizdəki səfiri Aleksandr Bloxin qarşısında müdafiə edir.

Həmin söhbəti təqdim edirik:

Heydər Əliyev: - İndi mətbuat azaddır, çox şey yazırlar. Yeri gəlmişkən, məsələn, biz incisək də, bunu bildirmirik, Rusiya mətbuatı belə hesab edir ki, müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın siyasi xadimləri, dövlət başçıları haqqında, necə deyərlər, mülahizələr yürütmək və onlara qiymət vermək hüququ var. Ona görə də indiki halda mətbuatdan xüsusilə inciməyə gəldikdə, biz on dəfə artıq inciyə bilərik, çünki Rusiya mətbuatında Azərbaycan haqqında qərəzli, düzgün olmayan, təhrif olunmuş istənilən qədər yazılar çıxır.

Bəyanatlara gəldikdə isə, mən bilmirəm, Vəfa Quluzadənin dediklərinin əhəmiyyəti nə üçün belə şişirdilir? Yeri gəlmişkən, bu da təəccüblüdür. Vəfa Quluzadə harada nə isə deməklə çox məşhurlaşıb. Onun haradasa Rusiyanı Azərbaycanın düşmənləri sırasına aid etməsi mənə məlum deyildir. Bu, ola bilməz.

Vəfa Quluzadə: - Bu mənim dediyimin interpretasiyasıdır. Mən konkret olaraq düşmən deməmişəm. Azərbaycan ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olduğu şəraitdə Rusiyanın Ermənistanı silahlandırmaq siyasətini tənqid etmişəm.

Heydər Əliyev: - Bizim Rusiyadakı səfirimiz Rizayev mənə deyib ki, o, araşdırma apararaq dəqiqləşdirib ki, "Azadlıq"dakı... Bu, bizim "Azadlıq" qəzetidir?

Aleksandr Bloxin: - Bəli, sitat kimi, dırnaq içində verilmişdi.

Heydər Əliyev: - Onlar istədiklərini yazırlar. Siz Azərbaycan prezidenti barəsində onların hər gün yazdıqlarını oxuyursunuz? Onlar həqiqətimi yazırlar?

Aleksandr Bloxin: - Yox, Heydər Əliyeviç, nə deyə bilərəm?! Azərbaycan prezidenti haqqında onların nə yazdıqlarını mən necə şərh edə bilərəm? Bu, dövlətin daxili işidir.

Heydər Əliyev: - Rusiyadakı səfirimiz mənə deyib ki, bunu araşdırıb, Vəfa Quluzadə belə şey deməyib...

Aleksandr Bloxin: - Onlar diktofon yazısının olduğunu deyirlər.

Heydər Əliyev: - Mən bu gün bildirirəm ki, o, belə şey edə bilməz, çünki Vəfa Quluzadənin buna ixtiyarı yoxdur. Bu, dövlət başçısının hüququdur. Bunu gərginləşdirmək lazım deyildir. Bir də deyirəm, tamamilə əminəm ki, o, bunu deməyib. Qəzetin nə isə yazmasına və sizin bunu problemə çevirməyinizə gəldikdə isə, zənnimcə, lazım deyildir. Mən bu gün deyirəm ki, belə şey ola bilməz. Azərbaycani dövləti və prezidenti Rusiyanı heç vaxt nəinki düşmən hesab edib və etmir, əksinə, Rusiya bizə dost olan ölkədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm