Murmanskda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd ediləcək
Bizi izləyin

Nida.az

Murmanskda Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd ediləcək

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölmələrinin təşkilati dəstəyi ilə mayın 9-da qəhrəman şəhər Murmanskda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçiriləcək.

Publika.az xəbər verir ki, tədbir iştirakçılarına Ulu Öndər haqqında kitab və fotoalbomlar təqdim olunacaq, Ümummilli Lider haqqında filmlər nümayiş etdiriləcək. Mərasimdə vilayət administrasiyasının rəsmi şəxsləri, ictimai qurumların, müxtəlif diasporların nümayəndələri iştirak edəcəklər.

Bayram tədbiri konsert proqramı ilə davam edəcək. Konsertdə “Qafqazın incisi” özfəaliyyət ansamblının, Bakıdan dəvət edilmiş tanınmış Azərbaycan musiqiçilərinın çıxışları olacaq.

Azərtac

Oxumağa davam et
Reklam
Reklam

Gündəm