Bakı polisi də Avropa Oyunlarına hazırdır
Bizi izləyin

Nida.az

Bakı polisi də Avropa Oyunlarına hazırdır

Birinci Avropa Oyunları ilə əlaqədar bu gün səhər Dövlət Bayraq Meydanında Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) şəxsi heyətinin sıra baxışı keçirilib.

Publika.az xəbər verir ki, tədbir yol polisləri sırasında nizam-intizam qaydalarını gücləndirmək, ictimai asayişin qorunması və xidmət intizamının möhkəmləndirilməsi məqsədi ilə keçirilib.

Sıra baxışı BŞBPİ-nin rəisi polis general-mayoru Mirqafar Seyidov, BŞBPİ-nin rəis müavini polis general-mayoru Səhlab Bağırov, BŞDYPİ-nin rəisi polis polkovniki Nuşirəvan Səfərov tərəfindən həyata keçirilib.

BŞBPİ-nin rəisi M.Seyidov şəxsən sıraları gəzərək şəxsi heyətlə, həmçinin yol polislərinin geyim qaydaları ilə yaxından tanış olub.

Təntənəli marşın sədaları altında əvvəlcə BŞDYPİ-nin şəxsi heyəti, daha sonra yol patrul avtomobilləri və motosikletləri fəxri tribunanın önündən keçib.

M.Seyidov sıra baxışını ümumilikdə qənaətbəxş hesab edərək, yol polislərinə öz məsləhət və tövsiyyələrini verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm