Nida.az
Adil Qeybulla da Müsavatdan istefa verdi
Professor Adil Qeybulla Müsavat Partiyasından istefa verib.
Publika.az xəbər verir ki, A. Qeybulla yaydığı
bəyanatda Vurğun Əyyuba görə partiyadan istefa verdiyini qeyd
edib.
Bəyanatda deyilir:
- Mili-azadlıq hərəkatının rüşeymlərindən olan Çənlibel
hərəkatının və Müsavat Partiyasının qurucularından və liderlərindən
biri, Müsavat Partiyası bərpa Mərkəzinin üzvü Vurğun Əyyub absurd
ittihamlarla partiyadan çıxarılıb.
Əslində indiki Müsavat Partiyası daxilində çoxdan başlanmış
təfriqəçilik və bölücülük siyasəti məntiqi sonluğuna çatdı.
Bu gün qeyri-qanuni üsullarla partiya rəhbərliyini ələ keçirmiş
məhdud bir qrup müsavatçılığın mahiyyəti ilə daban-dabana zidd olan
avtoritar və aqressiv davranış nümayiş etdirir. Bu cür davranış
böyük Rəsulzadənin və ləyaqət etalonu olan sıravi müsavatçıların
ruhuna həqarətdir. Müsavatın genomunu təşkil edən ədalət və
mərhəmət prinsipləri bu gün onun adını daşıyan partiyada ayaqlar
altına atılıb. Müsavatçılıq ruhuna avtoritarlıq hopa bilməz. Əgər
hopubsa, o partiyanın yalnız quru adı Müsavat ola bilər.
Müsavatçılıq Müsavat partiyasından qat-qat geniş
anlayışdır.
Əslində, mənim qurultaydan bir müddət öncə partiyadan getməyim
bütün bunlarla bağlı idi. Amma o vaxt bu naqisliklər
ictimailəşmədiyindən istefama yanaşmalar fərqli idi. Qayıtdım, ümid
etdim ki, qurultaydan sonra yeni mütərəqqi fəaliyyət istiqamətinin
əsası qoyular. Lakin aparılan yanlış xətt, təəssüf ki, qurultay
vasitəsilə rəsmiləşdirildi.
Partiyanı işğal etmiş məhdud bir qrupun apardığı yanlış siyasətə və təşkilatda yaratdığı cılız qisasçılıq, avtoritarlıq fəaliyyətinə şərik olmaq niyyətim olmadığından partiya sıralarından istefa verdiyimi bəyan edirəm. Yolumuz milli dövlətçilik yoludur”.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək