Vurğun Əyyub: "Müsavat Partiyasının qeyri-legitim rəhbərliyi bu qərarı əldə etmək üçün çoxdan çalışırdı"
Bizi izləyin

Nida.az

Vurğun Əyyub: "Müsavat Partiyasının qeyri-legitim rəhbərliyi bu qərarı əldə etmək üçün çoxdan çalışırdı"

Vurğun Əyyub: "Müsavat Partiyasının qeyri-legitim rəhbərliyi bu qərarı əldə etmək üçün çoxdan çalışırdı"

V.Əyyub Trend-ə bildirib ki, bu, gözlənilməz qərar deyil: “Çünki Müsavat Partiyasının mövcud qeyri-legitim rəhbərliyi bu qərarı əldə etmək üçün çoxdan çalışırdı”.

O qeyd edib ki, 3-4 nəfər yığışıb partiyadan onu xaric edib. V.Əyyubun sözlərinə görə, bu qərarı verən adamlar nizamnamədən kənar addım atdıqlarının fərqində deyillər və mənəvi məsuliyyətlərini unutmuş adamlardırlar:

“Mənim guya partiyada qərarlara tabe olmadığımı əsas gətirirlər, amma hansı qərara tabe olmadığım bəlli deyil. Guya mən üzvlük haqqı ödəməmişəm. Mənim Müsavat Partiyasının qurulması, fəaliyyəti istiqamətində xərclədiyim pulları bu adamlar həyatları boyu üzvlük haqqı şəklində verə bilməzlər”.

Partiya funksioneri qeyd edib ki, bu qərar Müsavat Partiyasının rəhbərliyinin onu qeyri-legitim hesab edən Vurğun Əyyubdan qisas almaqdan başqa bir şey deyil.

V.Əyyub qərarın ləğv edilməsi istiqamətində hər hansı bir səy göstərməyəcəyini bildirib: “Qərarın ləğvi üçün müraciət etmək fikrində deyiləm, çünki qeyri-legitim orqanların verəcəkləri qərar mənim üçün indidən aydındır və partiyanın qurumları bir nəfərin iradəsi ilə oturub durur”.

Qeyd edək ki, V.Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərar partiyanın Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin toplantısında verilib. Qərarın verilməsində V.Əyyubun özəyin iclaslarına qatılmaqla bağlı çağırışlara məhəl qoymaması, qərarlara tabe olmaması, üzvlük haqqını ödəməməsi əsas gətirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm