Nida.az
Azərbaycanla Pakistan arasında hərbi-siyasi vəziyyət müzakirə olunub
Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatının baş direktoru Zubair İqbal Maliki qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publikaaz-averilən
məlumata görə, nazir Azərbaycan ilə Pakistan arasında hərbi sahədə
əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu, bu
əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı
faydalı olduğunu qeyd edib.
Qonaq səfərdən məmnun qaldığını bildirərək, Azərbaycan-Pakistan
qarşılıqlı münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin
keçirilməsinin zəruriliyini bildirib.
Eyni zamanda, ölkələrimizin yerləşdiyi regionlarda hərbi-siyasi
vəziyyət və təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi
aparılıb, təhdidlərə qarşı mübarizədə qarşılıqlı dəstəyin bundan
sonra da davam etdiriləcəyi xüsusi vurğulanıb.
Görüşdə Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və
səlahiyyətli səfiri Xalid Usman Qaiser də iştirak edib.
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək