Müsavatçılar müsavatçılara qarşı: partiya qərargahı önündə etiraz
Bizi izləyin

Nida.az

Müsavatçılar müsavatçılara qarşı: partiya qərargahı önündə etiraz

Müsavat Partiyasının qərargahı qarşısında etiraz aksiyası keçiriləcək.


Publika.az xəbər verir ki, Vurğun Əyyubun partiyadan uzaqlaşdırılmasından sonra Müsavatda qarşıdurma pik həddinə çatıb.


Müsavatın hazırkı rəhbərliyini qəbul etməyən müsavatçılar Vurğun Əyyub və digərlərinin partiyadan çıxarılmasına etiraz olaraq aksiya keçirməyə hazırlaşır.


V. Əyyubun deputatlığa namizədliyini irəli sürən Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli Publika.az-a açıqlamasında etiraz aksiyası xəbərini təsdiqləyib.


“Partiyada baş verənlərlə bağlı etirazlar artıb. Təkliflər var ki, bununla bağlı qərargahın önündə aksiya keçirilsin. Mayın 6-da aksiyanın baş tutacağı ehtimalı var. Bu həm də Müsavatın demokratiya sınağı olacaq. Çünki onlar hakimiyyətdən aksiya üçün yer tələb edir. İndi qərargahın önündə keçiriləcək aksiyaya göstərəcəkləri münasibət hər şeyi ortaya çıxaracaq”, - deyə o bildirib.


Qeyd edək ki, baş verənlərlə bağlı qərargah önündə aksiya təklifini ilk dəfə hazırda ADR İdarə Heyətində təmsil olunan Müsavatın keçmiş üzvü Hüseyn Məlik irəli sürmüşdü. Lakin sonradan bu təklif gündəmdən çıxdı.


H. Məlik Publika.az-a açıqlamasında baş verənlərə etiraz aksiyasını dəstəklədiyini diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm