Avropa Oyunları Azərbaycana nələr verəcək? – ŞƏRH
Bizi izləyin

Nida.az

Avropa Oyunları Azərbaycana nələr verəcək? – ŞƏRH

“Avropa Oyunlarının ilk dəfə Bakıda keçirilməsi Azərbaycan tarixində çox əlamətdar hadisədir. Avropa Oyunlarını təşkil etmək və keçirmək Azərbaycan üçün həm şərəfli, həm də məsuliyyətlidir”.


Bunu Publika.az-a açıqlamasında “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova deyib.


Onun sözlərinə görə, oyunların təşkili üçün cəmi 2 ildən artıq bir müddətin verilməsi məsuliyyəti ikiqat artırır.


İ. Yaqubova oyunların Azərbaycana verəcəyi xeyirdən də danışıb: “Şübhəsiz ki, dünya dövlətləri bizi tanıyır və Cənubi Qafqaz regionunda aparıcı dövlət kimi bizimlə hesablaşır. Lakin ilk Avropa Oyunlarının məhz bizim ölkədə keçirilməsi Azərbaycanı bütün dünyaya beynəlxalq səviyyəli idman məkanı kimi tanıdacaq. İkincisi, son 5 ildə müxtəlif beynəlxalq tədbir və müsabiqələrin, o cümlədən Avropa dövlətlərinin hər il böyük həvəslə iştirak etdiyi “Eurovision” və s. möhtəşəm tədbirlərin Bakıda keçirilməsi ölkəmizdə turizmin inkişafı üçün çox gözəl imkanlar yaradır. Turizm infrastrukturunu inkişaf etdirərək dünya turizm məkanına uğurla inteqrasiya olunan, bu sahədə beynəlxalq əlaqələrini genişləndirən Azərbaycan üçün bu kimi möhtəşəm tədbirlərin təşkili və ölkəmizdə keçirilməsi zəruri və təqdirəlayiqdir. Nəhayət, üçüncü və bizim üçün ən önəmli faktor ölkəmizin beynəlxalq idman tədbirlərinin keçirilməsində böyük təcrübə əldə etməsi və idman infrastrukturunun inkişafıdır”.


“ELS”-in rəhbəri qeyd edib ki, son illər idmanla məşğul olan, idmanı özünə peşə seçən gənclərin sayı artır: “İyun ayında Bakıda baş tutacaq Avropa Oyunları gənclərin qarşısında yeni perspektivlər və imkanlar açır. Mən bir məsələ üzərində də dayanmaq istərdim. Tarixdən məlumdur ki, hələ qədim Yunanıstanda Olimpiya oyunları zamanı müqəddəs barışıq elan edilir və dərhal bütün hərbi əməliyyatlar dayandırılırdı. Olimpiya oyunlarının əsas məqsədi ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın və sülh əlaqələrinin əldə etməsi olub. Lakin bildiyimiz kimi, Azərbaycan müharibə şəraitində yaşayır, hər gün erməni silahlı bölmələri dəfələrlə atəşkəsi pozur. Bu azmış kimi, Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanan Avropanın bəzi strukturları, xüsusilə də Avropa Parlamenti bir neçə gün əvvəl qondarma “erməni soyqırımı”nı tanıdı və bununla da tarixçəsinə qara səhifə yazmış oldu.

Son vaxtlar özlərini insan haqları, demokratiya carçıları adlandıran Avropa təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti erməni lobbisinin təsiri altına düşərək əsassız bəyanatları ilə beynəlxalq aləmdə Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Bütün bunlar Azərbaycanın həm iqtisadi, həm də siyasi baxımından davamlı inkişafı fonunda baş verir. Azərbaycana qarşı ikili standartlar tətbiq olunur, ölkəmizi daim təzyiq altında saxlamaq istəyən xarici ermənipərəst qüvvələr məhz I Avropa Oyunları ərəfəsində güclərini səfərbər edərək Azərbaycana diktə etmək istəyir. Bütün bunlara baxmayaraq, biz, vətəndaş cəmiyyətinin nümayəndələri tam əminliklə deyə bilərik ki, Azərbaycan bu yarışa ev sahibliyini müvəffəqiyyətlə həyata keçirəcək və bu yolda biz dövlətimizin arxasındayıq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm