• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Gürcüstan XİN: “Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq”

  • Nida.az
  • 4 May 2015 16:47
  • 320 Baxış
Gürcüstan XİN: “Dağlıq Qarabağda keçirilən “seçkiləri” tanımırıq”

“Rəsmi Tiflis Azərbaycanın Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin nəticələrini tanımır”.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, “parlament seçkiləri”nin heç bir legitim əsası yoxdur.

“Gürcüstan Xarici İşlər Nazirliyi Azərbaycanın müstəqilliyi və ərazi bütovlüyünə dəstəyini bir daha ifadə edir. Gürcüstan Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni tanımır. Gürcüstan Xarici İşlər Nazirliyi ümid edir ki, bütün mümkün formatlardan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün istifadə ediləcək”, - bəyanatda qeyd edilib.

Xatırladaq ki, Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında “parlament seçkiləri” mayın 3-də keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR