Ukrayna XİN: “Qarabağdakı “seçkilər”in heç bir legitim əsası yoxdur”
Bizi izləyin

Nida.az

Ukrayna XİN: “Qarabağdakı “seçkilər”in heç bir legitim əsası yoxdur”

Ukrayna Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri” ilə əlaqədar bəyanat verib.


Publika.az “gordonua.com” saytına istinadən xəbər verir ki, bəyanatda “seçkilər”in nəticələrinin rəsmi Kiyev tərəfindən tanınmadığı qeyd edilib.

“Ukrayna Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”nin nəticələrini tanımır və onları qeyri-qanuni hesab edir. Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “seçkilər”in heç bir legitim əsası yoxdur”, - bəyanatda deyilir.

Qeyd olunur ki, Ukrayna Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm