Müdafiə nazirləri protokol imzaladı - FOTOLAR
Bizi izləyin

Nida.az

Müdafiə nazirləri protokol imzaladı - FOTOLAR

Ankarada səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.

Publika.az xəbər verir ki, müdafiə naziri Atatürkün məzarını ehtiramla ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaqdır.

Görüşün yekunlarına dair Protokol imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm