Nida.az
Rəsmi Bakı İrəvana xəbərdarlıq etdi
Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş
ərazilərində yaradılmış qondarma separatist rejimin “parlamenti”nə
qurama “seçki”lər Azərbaycan Konstitusiyası və beynəlxalq hüququn
norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də
bu “seçkilər”in heç bir hüquqi qüvvəsi ola bilməz.
Publika.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
bu gün yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd olunur ki, Avropa İttifaqı, İslam Əməkdaşlıq
Təşkilatı, NATO və ATƏT-in Minsk Qrupunun həmsədrləri statusunda və
fərdi əsasda Rusiya Federasiyası, Fransa və ABŞ və bir çox digər
dövlətlər tərəfindən verilmiş bəyanatlarda əks olunduğu kimi,
beynəlxalq ictimaiyyət bu qurama “seçki”lərin rədd edilməsində və
dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn imperativ
normalarının pozulması ilə müşayiət olunaraq, Azərbaycanın ərazi
bütövlüyünə qarşı gücdən istifadə nəticəsində yaranmış vəziyyəti
legitim olaraq tanımamaqda əsaslı şəkildə Azərbaycan Respublikası
ilə həmrəy olub.
Bəyanatda vurğulanıb ki, bu təxribatçı addım Ermənistanın silahlı
münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha
aydın şəkildə göstərir və bunun müqabilində Ermənistan gərginliyi
artırmaq, işğal olunmuş ərazilərdə genişmiqyaslı hərbi təlimlər
keçirmək, işğal olunmuş ərazilərin demoqrafik, mədəni və fiziki
xarakterini dəyişmək, iqtisadi və digər fəaliyyətlər, xüsusilə son
məqsəd olaraq “fait accompli” vəziyyəti tətbiq etmək üçün erməni
əhalisinin bu ərazilərə köçürülməsi vasitəsilə işğal siyasətinin
nəticələrini və ilhaqçı niyyətlərini cəmləşdirmək üçün davamlı
addımlar atır: "Azərbaycan Respublikası ərazilərinin işğalı ilə heç
zaman barışmayacağını bir daha vurğulayır. Münaqişənin həlli yalnız
beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın
suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür. Münaqişənin
həllinin prinsipial əsası BMT Təhlükəsizlik Şurasının 822(1993),
853(1993), 874(1993) və 884(1993) və BMT Baş Assambleyasının 62/243
(2008) qətnamələrində təsbit olunmuşdur. Bu sənədlər Azərbaycana
qarşı gücdən istifadəni və ərazilərinin işğalını pisləyir və
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və beynəlxalq səviyyədə
tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Bu
qətnamələrdə BMT Dağlıq Qarabağ regionunun Azərbaycanın ayrılmaz
hissəsi olduğunu bir daha təsdiq edir və Azərbaycanın bütün işğal
olunmuş ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və
qeyd-şərtsiz çıxarılmasını tələb edir. Ermənistan silahlı
qüvvələrinin qeyri-qanuni mövcudluğunun davam etməsi və
Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərlə
əlaqədar beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində
suverenliyi və ərazi bütövlüyünü qorumaq üçün Azərbaycan
Respublikasının atmaq məcburiyyətində qala biləcəyi addımların
istənilən nəticələrinin məsuliyyəti tam şəkildə Ermənistan
Respublikasının üzərinə düşür".
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub