Nida.az
Əhməd Oruc I Avropa Oyunlarından danışdı
“I Avropa Oyunları Azərbaycanı dünyada ciddi idman
ölkələri sırasına çıxaracaq”.
Bunu Publika.az-a açıqlamasında Azadlıq
Partiyasının sədri Əhməd Oruc deyib.
Onun sözlərinə görə, Avropa Oyunları eyni zamanda Azərbaycanın
Avropa ailəsinin bir üzvü kimi təqdimatı üçün də vacibdir: “Hazırda
oyunlarla bağlı qurulan infrastruktur gələcəkdə digər beynəlxalq
idman oyunlarında rahat şəkildə istifadə olunacaq. Bunun özü də çox
pozitiv məqamdır”.
Partiya sədri hesab edir ki, bu oyunlardan sonra Azərbaycanın
dünyadakı imici da xeyli yüksələcək.
“Azərbaycan torpaqları işğal olunub. Adətən, turistlər münaqişəli
ölkələrə getməkdən çəkinirlər. Digər tərəfdən, erməni diasporu və
lobbisi bizim haqda yanlış ictimai rəy formalaşdırmağa çalışırlar.
Bu oyunlar Azərbaycanın necə sivil, sülhpərvər olduğunu bir daha
nümayiş etdirəcək. Bu isə gələcəkdə turist axınına səbəb ola,
ölkəyə maliyyə axını gələ və qeyri-neft sektorunun inkişafına mühüm
töhfə verə bilər. Ümumilikdə Avropa Oyunlarının Bakıda
keçirilməsini pozitiv qiymətləndirirəm”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR