Əli Həsənov Türkiyədə səfərdədir
Bizi izləyin

Nida.az

Əli Həsənov Türkiyədə səfərdədir

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, deputat Hüseynbala Mirələmov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Xətai rayon bələdiyyəsinin sədri Teymur Məmmədov daxildir.

Xəbərə görə, Əli Həsənov Mersin vilayətinin Tarsus rayon bələdiyyəsinin sədri Şevket Canla görüşüb. Azərbaycan nümayəndə heyəti Tarsus rayonunda ümummilli lider Heydər Əliyev parkının və abidəsinin açılışında iştirak edib.

Ə.Həsəsnov deyib ki, Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətləri ilbəil güclənir: "Ulu öndərlər Atatürk və Heydər Əliyevin söylədikləri kimi bizim ağrımız, acımız, sevincimiz birdir, dostluğumuz əbədidir. İki xalqın dostluğunun sarsılmaz və əbədi olduğunu bildirmək istəyirəm. Biz Azərbaycan xalqı olaraq bu dostluğa və birliyə çox böyük dəyər veririk".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm