Nida.az
Türkmən qazı Bakıya gətirilir – Şevçoviç bütün kartları açdı
“Rusiya enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa Birliyi 2019-cu ildə Türkmənistandan qaz idxalını başlamağı düşünür”.
Publika.az xəbər verir ki, bu barədə Avropa
Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş
Şevçoviç “Röyters”ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkmənistan öz ixrac imkanlarını
diversifikasiya etmək istəyir: “Öz növbəsində, Avropa Birliyi üçün
öz idxal imkanlarını diversifikasiya etmək əhəmiyyətlidir. Bizdə
yaxşı qarşılıqlı anlaşma var. Avropa 2019-cu ildə türkmən qazını
almağa ümid edir”.
Avrokomissar ötən həftənin cümə axşamı Aşqabadda Türkmənistan
prezidenti, cümə günü isə Türkiyə və Azərbaycan enerji nazirləri və
türkmən baş nazirinin müavini ilə görüşündən danışıb.
“Biz bu formatda Transxəzər qaz kəmərinə aid olan bütün aspektləri
müzakirə etdik. Biz strateji istiqamətdə çox böyük addım atdıq və
hər şey müsbətə doğru gedir”, - deyə o bildirib.
M. Şevçoviç indiyə qədər Azərbaycan və Türkmənistan arasında
Xəzərlə bağlı olan problemlərin də aradan qalxacağına işarə vurub:
“İndi siyasi qərar var ki, Türkmənistan Cənub Qaz Dəhlizi
layihəsinin bir hissəsi olacaq və Avropanı təchiz edəcək. Tərəflər
Transxəzər kəməri üzrə işçi qrupu yaratdı. Bura energetika
nazirlərinin müavinləri və Xarici İşlər Nazirliklərinin ekspertləri
daxil olacaq”.
M. Şevçoviç bildirib ki, 2019 və 2020-ci illərdə Azərbaycandan
Avropanın sərhədlərinə qədər olan qaz kəmərləri tikilib başa
çatacaq: “Türkmənistan bu əməkdaşlığın mühüm hissəsi olacaq. Biz
Türkmənistan, Türkiyə, Azərbaycan və Avropa Birliyi formatında
işləməyə razılaşdıq. Gələcəkdə danışıqlara Gürcüstan da dəvət
olunacaq. Çünki Cənub Qaz Dəhlizi nöqteyi-nəzərindən bu ölkə
əhəmiyyətli tranzit ölkədir”.
Vitse-prezident Transxəzər layihəsindən narahat olan Rusiya və
İranın dənizin ekoloji çirklənməsi haqda əsaslarına da münasibət
bildirib: “Avropa Birliyi Dünya Bankı ilə əməkdaşlıqda layihənin
ekoloji ekspertizasını maliyyələşdirdi. Ekoloji nöqteyi-nəzərdən
etibarlı texnologiyalar var”.
Qeyd edək ki, ötən il Türkmənistan Türkiyənin təklifi ilə TANAP-a
qoşulmaq üçün çərçivə razılaşmasını imzalayıb. Türkmən qazının
Cənub Qaz Dəhlizi layihəsinə qoşulması və Azərbaycan qazı ilə birgə
Avropa bazarına çıxışı bazarda inhisarçılıq aradan qalxa bilər.
Lakin Rusiya buna qarşı çıxır və əsas kimi layihənin Xəzərdə
ekoloji çirklənməyə səbəb olacağını göstərir. Avropa Birliyinin
enerji məsələləri üzrə səlahiyyətli nümayəndəsinin əminliklə
danışması isə Transxəzər layihəsinin gerçəkləşdirilməsi
istiqamətində ciddi işlərin getdiyini deməyə əsas verir.
Ekspertlərə görə, bunun baş verməsi Xəzərdə müharibəyə səbəb ola
bilər. Lakin bunun əksini düşünənlər də var. Belə ki, indiki
məqamda Rusiyanın susqun qalacağı və layihənin reallaşacağı
ehtimalları da yüksəkdir.
Asif Nərimanlı
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO