Müsavatdan daha bir istefa – Boran Əziz də getdi
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir istefa – Boran Əziz də getdi

Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş sədri, tanınmış tarixçi alim Boran Əziz partiyadan istefa verib.


Publika.az xəbər verir ki, bu barədə Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli “facebook” səhifəsində məlumat verib.


Boran Əziz Publika.az-a açıqlamasında istefasını təsdiqləyib.


“Müsavat Partiyasının keçirilmiş qurultayından sonra Vurğun Əyyubun bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm”, - deyə o bildirib.


Qeyd edək ki, V. Əyyubun partiyadan çıxarılmasından sonra Adil Qeybulla və İbrahim İbrahimli də Müsavatdan istefa verib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm