Kremlə yaxın mənbə: “Avropanın qaz bazarı uğrunda müharibə qızışır”
Bizi izləyin

Nida.az

Kremlə yaxın mənbə: “Avropanın qaz bazarı uğrunda müharibə qızışır”

“Amerika “Türk axını”nın qarşını almaq üçün Türkiyəyə təzyiqlər edir”.

Publika.az xəbər verir ki, bu barədə Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Sergey Mixeyev deyib.

Onun sözlərinə görə, Qərb Bolqarıstanda Rusiyanın yolunu kəsə bildi: “İndi isə Türkiyə və digər Avropa ölkələri ilə bunu etməyə cəhd göstərirlər. Səbəb sadədir: ABŞ istəyir ki, Rusiya Ukrayna vasitəsilə qaz çatdırmalarına davam etsin. Vaşinqton Avropa Birliyinin Rusiya qazından imtina etməsi ehtimalını əlində rıçaq kimi saxlayıb”.

Ekspert əlavə edib ki, Türkiyə də Rusiyanın çətin vəziyyətə düşməsindən istifadə edərək bundan maksimum xeyir götürməyə cəhd edir.

“Mürəkkəb vəziyyətin nə qədər davam edəcəyi hələlik bəli deyil. Lakin görünən odur ki, Avropanın qaz bazarı uğrunda qarşıdurma getdikcə qızışır”, - deyə o bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm