Avropa Oyunları gəncləri idmana daha da həvəsləndirəcək
Bizi izləyin

Nida.az

Avropa Oyunları gəncləri idmana daha da həvəsləndirəcək

“Bakı 2015 Avropa Oyunları ölkədə idmana olan marağı daha da artıracaq”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin sabiq müavini, Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin dosenti İbrahim Vəliyev bildirib.

Onun sözlərinə görə, idman nöqteyi-nəzərdən Bakı 2015 Avropa Oyunları böyük əhəmiyyət daşıyır. İ.Vəliyev deyib ki, əgər Azərbaycan müharibə şəraitində yaşamasaydı, bu oyunun əhəmiyyəti daha da yüksək olardı: “Yeni idman obyektləri tikilir. Təbii ki, bütün bunlar Azərbaycan xalqına qalacaq. Digər tərəfdən isə bu oyunlar gəncləri idmana daha da həvsləndirəcək. Bu nöqteyi-nəzərdən Bakı 2015 Avropa Oyunlarının keçirilməsi yaxşıdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm