• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müsavatçılar Müsavat rəhbərliyinə qarşı etiraz aksiyasına çıxır

  • Nida.az
  • 6 May 2015 15:05
  • 536 Baxış
Müsavatçılar Müsavat rəhbərliyinə qarşı etiraz aksiyasına çıxır

Bu gün müsavat Partiyasının qərargahı önündə Vurğun Əyyubun partiya sıralarından xaric edilməsi barədə qərara etiraz olaraq aksiya keçiriləcək.


Bu barədə Publika.az-a açıqlamasında Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli deyib.


Onun sözlərinə görə, aksiya saat 16.00-da partiya qərargahının qarşısında baş tutacaq: “Aksiyaya hazırkı başqan Arif Hacılının idarəçiliyindən və Vurğun Əyyubun Müsavatdan çıxarılmasından narazı olanlar qatılacaq”.

Qeyd edək ki, mayın 3-də Müsavat Partiyasının Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon A özəyinin sonuncu toplantısında Vurğun Əyyubun partiya sıralarından çıxarılması barədə qərar qəbul edilib.

Qərara etiraz olaraq Adil Qeybulla, İbrahim İbrahimli, Boran Əziz kimi tanınmış müsavatçılar partiyadan istefa veriblər.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR