
Bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsinin müstəntiqi Sənan Paşayev “Azadlıq” radiosunun Bakı bürosunun qapısına vurulan möhürü açıb.
Publika.az-ın məlumatına görə, təhvil-təslimdə “Azadlıq” radiosunun Bakı bürosunun baş redaktoru Zeynal Məmmədli iştirak edib.
Xatırladaq ki, prokurorluq əməkdaşları 2014-cü il dekabrın 26-da “Azadlıq” radiosunun Bakı ofisində axtarış aparıb, elə həmin gün də ofisi möhürləmişdilər.
Vasif Həsənli