Obamanın qəbul etmədiyi Sərkisyan Vaşinqtonda Rusiyanı “qumara qoyur”
Bizi izləyin

Nida.az

Obamanın qəbul etmədiyi Sərkisyan Vaşinqtonda Rusiyanı “qumara qoyur”

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-da səfərdədir. Senatda və Dövlət Departamentində görüşlər keçirən Sarkisyan Holokost muzeyini ziyarət edib, Konqresin kitabxanasında erməni mədəniyyət nümunələri ilə tanış olub.

Maraqlı olansa erməni prezidentin ABŞ-ın birinci şəxsi tərəfindən qəbul olunmamasıdır.


Keçmiş təhlükəsizlik zabiti, “Trend” informasiya agentliyinin eksperti Arzu Nağıyev Sarkisyanın ABŞ səfərini Publika.az-a şərh edib.


Ekspert qeyd edib ki, birinci şəxslər tərəfindən qəbul edilməsi nəzərdə tutulmayan Sarkisyanın əsas məqsədi Rusiyaya nəzərdə tutulan səfərindən öncə müəyyən təlimatlar almaq və proseslərin Rusiyadan fərqli olaraq müzakirəsini aparmaqdır: “Eyni zamanda, Sarkisyan iqtisadiyyatının tənəzzül dövrünün pik nöqtəsini yaşayan ölkəsi üçün müəyyən ianələr almaq istəyir. Məhz bu məqsədlə erməni lobbisi və ermənipərəst dövlət məmurları ilə görüşlərə can atan Sarkisyan “Vaşinqton post” qəzetinin redaksiyasında da erməni yalanları ilə bağlı müsahibə vermək fikrindədir. Bundan başqa, Sarkisyan ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Uorlik ilə görüşüb. Son vaxtlar Rusiya ilə çox da isti münasibətləri olmayan Sarkisyan ABŞ-dan maddi kömək də umur”.


A. Nağıyev bildirib ki, Sarkisyan Holokost muzeyinə baş çəkməklə yəhudilərlə münasibət qurmağı planlaşdırır.


“Ölkəsində müxalifət tərəfindən son zamanlar lənətlənən Sarkisyan özünü, necə deyərlər, müəyyən qədər təmizə çıxarmaq üçün Konqresin kitabxanasına baş çəkib erməni eksponatları ilə tanış olmaq, kilsədə mərasimdə iştirak etmək fikrindədir. Bu da özünü reabilitasiya etmək üçün bir gedişdir. Bütün bu səfərin adını isə erməni tərəfi ABŞ-la sərmayə qoyuluşu və korrupsiya mübarizə sahəsində əlaqələrin möhkəmlənməsi kimi qoysa da, əsas məqsəd təlimatlar alınmasıdır. Bu fakt görüşüləcək şəxs və təşkilatların siyahısından da məlumdur”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm