Tural Abbaslı: “Baş verənlərin məsuliyyəti Arif Hacılının üzərindədir”
Bizi izləyin

Nida.az

Tural Abbaslı: “Baş verənlərin məsuliyyəti Arif Hacılının üzərindədir”

“Bu gün Müsavat Partiyasında baş verən hadisələrin məsuliyyəti birbaşa partiya rəhbəri Arif Hacılının üzərindədir”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı bu gün qərargahın önündə keçirilən Vurğun Əyyubun partiyadan çıxarılması və rəhbərliyin apardığı siyasətə etiraz aksiyasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Müsavat müqəddəs əmanətdir.

“Partiya üzvləri ilə təhdid və cəza ritorikası ilə danışmaqdansa yaranmış vəziyyətdən itkisiz çıxış yolu tapılmalıdır. Heç kim unutmamalıdır ki, Müsavat yüzlərlə həyatların fədası bahasına bu günlərə gələn babalarımızın bizə müqəddəs əmanətidir”, - deyə o bildirib.

Qeyd edək ki, bu gün Müsavat Partiyasının qərargahı önündə bir qrup müsavatçı “Müsavat ailə partiyası deyil”, “Növbədənkənar qurultay çağırılsın”, “İstefa” şüarları ilə etiraz aksiyası keçirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm