Nida.az
Almaniyalı deputatlar Azərbaycana gəlir
Azərbaycanın Almaniyadakı səfirliyində Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə görüş keçirilib.
Səfirlikdən Trend-ə bildiriblər ki, görüşün keçirilməsində əsas məqsəd cari ilin may ayının ikinci yarısında ölkəmizə səfər etməyi nəzərdə tutulan Cənubi Qafqaz Dostluq Qrupunun üzvləri ilə tanışlıq və onları səfər öncəsi ölkəmiz barədə məlumatlandırmaqdan ibarət olub.
10-a yaxın Bundestaq üzvünün qatıldığı tədbirdə Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Pərviz Şahbazov Almaniya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, iki ölkə arasında həyata keçirilən siyasi-iqtisadi əməkdaşlıq və son zamanlar hər iki ölkə rəsmiləri tərəfindən həyata keçirilən qarşılıqlı yüksək səviyyəli səfərlər barədə tədbir iştirakçılarına məlumat verib.
Daha sonra çıxış edən Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents təmsil etdiyi qrupun may ayının 13-18-də ölkəmizə həyata keçirəcəyi səfərlə bağlı gözləntiləri, keçirmək istədikləri yüksək səviyyəli görüşlər barədə söhbət açıb, səfərin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə ümid etdiyini ifadə edib. O, ölkəmizlə əməkdaşlığın Almaniya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və ölkəsinin iyun ayında paytaxtımızda keçiriləcək ilk Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə iştirakından məmnunluğunu dilə gətirib.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı